Benzin hidrotəmizləməsi blokunun avtomatlaşdırılmış idarəetmə sistemi

Yazarlar

DOI:

https://doi.org/10.52171/herald.313

Anahtar Kelimeler:

stabilləşdirmə kalonu- idarəetmə sistemi- benzinin hidrotəmizlənməsi- birbaşa qovulmuş benzini

Özet

Məqalədə, birbaşa qovulmuş (distillə olunmuş?) benzinin hidrotəmizlənməsi prosesinin  məhsuldarlığının və alınan məhsulun keyfiyyətinin artırılması üçün enerji itkisini minimuma endirmək əsas məqsədlərdən biri kimi qarşıya qoyulur. Aparılan çoxsaylı tədqiqatlara əsaslanaraq, hidrotəmizlənmiş benzinin alınması vacib hesab olunur. Bu texnoloji prosesin fiziki cəhətdən əsaslandırılması və müasir avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənməsi zəruridir. Belə bir idarəetmə prosesinin işlənib hazırlanması aktual və vacib elmi-praktik məsələlərdən biridir. Hidrotəmizlənmiş benzinin alınmasında əsas texnoloji avadanlıq stabilləşdirmə kalonu hesab olunur. Benzinin hidrotəmizlənməsi bölməsində əsas aparat olan stabilləşdirmə kalonunun iş rejiminin parametrləri üzrə minimal və maksimal hədləri təyin edilmişdir. Əsas aparatlar üzrə rejim parametrləri dəqiqləşdirilərək, onların nəzarəti və idarə olunması həyata keçirilmişdir. Tədqiqatın əsas məqsədi texnoloji prosesin texnoloji parametrlərinin düzgün seçilməsi, onların optimal idarə olunması və yüksək keyfiyyətli hidrotəmizlənmiş benzinin əldə edilməsidir. Tədqiq olunan sistemə dair texnoloji və avtomatlaşdırma sxemləri müasir “Draw.io” qrafik-dizayn proqram təminatı platformasında hazırlanmışdır.

Downloads

Yayınlanmış

2025-11-06

How to Cite

Melikov, E., & Məhərrəmova, T. (2025). Benzin hidrotəmizləməsi blokunun avtomatlaşdırılmış idarəetmə sistemi. “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri, 17(3), 1–10. https://doi.org/10.52171/herald.313

Similar Articles

1 2 3 4 5 6 7 8 9 10 > >> 

You may also start an advanced similarity search for this article.