Z ədədli qeyri-səlis idarəetmə sisteminin interpolyativ yanaşma mexanizmi əsasında modelləşdirilməsi
DOI:
https://doi.org/10.52171/herald.304Anahtar Kelimeler:
qeyri-səlis interpolyasiya- interpolyativ nəticə çıxarma- Z ədədi- dinamik obyekt- qeyri-səlis idarəetmə sistemiÖzet
Qeyri-səlis idarəetmə sistemlərinin modelləşdirilməsində əksər hallarda qaydalar bazasında dəyişənlərin linqvistik qiymətlərinin etibarlılığı mühüm əhəmiyyət kəsb edir. Qaydaların dəyişənlərinin qeyri-səlis qiymətlərinin etibarlılıq dərəcəsini nəzərə alaraq nəticə çıxarma mexanizminin layihələndirilməsi əhəmiyyət kəsb edir. Bu məqsədlə məlumatın məhdudiyyət və etibarlılıq dərəcələrini özündə birləşdirən Z ədədinə əsaslanan qeyri-səlis qaydalar qurulur. Qeyri-səlis qaydalara əsaslanan sistemin nəticə çıxarma mühərrikinin layihələndirilməsi üçün qeyri-səlis qaydaların interpolasiyası təqdim olunur. İnterpolyativ mexanizmə əsaslanan qeyri-səlis nəticə çıxarma sisteminin riyazi modeli işlənib hazırlanmışdır. İnterpolyativ nəticə çıxarma mexanizmi əsasında dinamik obyektin idarə edilməsi üçün Z ədədli qeyri-səlis idarəetmə sisteminin modelləşdirilmişdir. Layihələndirilmiş tənzimləyicinin keçid prosesi adi qeyri-səlis tənzimləyicinin keçid prosesi ilə müqayisə edilir. Alınmış müqayisəli nəticələr dinamik obyektlərin idarə edilməsində modelləşdirilmiş sistemlərin uyğunluğunu nümayiş etdirir.
Downloads
Yayınlanmış
How to Cite
Sayı
Bölüm
License

This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.

