Müvafiq təbii minerallar əsasında kompozitlər və onların möhkəmlik dərəcəsinin müqayisəli təhlili
DOI:
https://doi.org/10.52171/herald.298Anahtar Kelimeler:
təbii mineral süxur- gil- doldurucu- dartılmada möhkəmlik həddi (σ)- qırılma zamanı nisbi uzanma (ε)- ərintinin axıcılıq göstəricisi (ƏAG)Özet
Məqalədə müxtəlif tərkibli doldurucular əsasında alınan kompozitlərin möhkəmlik dərəcəsinin (dartma qüvvəsi) müqayisəli təhlili verilmişdir. Bu yönümdə tədqiqat aparılaraq doldurucunun bir sıra xüsusiyyətləri nəzərə alınaraq nəticələr əldə edilmişdir. Ayrı-ayrı ərazilərdən gətirilərək laboratoriya şəraitində tədqiqata yararlı hala salınaraq müvafiq doldurucular istifadə edilmişdir. Dartılmada möhkəmlik həddinin qiymətlərinin müqayisəsi nəticəsində hansı doldurucunun daha münasib və üstün olduğu müəyyən edilmişdir. Doldurucuların əsasını Azərbaycanın bir sıra regionlarından gətirilmiş təbii mineral süxurlar, gillər və s. təşkil edir. Nəticələrin yüksəkliyi doldurucunun dispersliyi, gətrildiyi ərazinin relyef strukturu, çıxarıldığı mənbələrin mineraloji zənginliyi və bir sıra amillərdən bilavasitə asılıdır.
Downloads
Yayınlanmış
How to Cite
Sayı
Bölüm
License

This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.

