Magistral boru kəmərlərində qazın nəqlinin araşdırılması
DOI:
https://doi.org/10.52171/herald.296Anahtar Kelimeler:
magistral boru kəməri- kondensat- mexaniki bərk hissəciklər- filtr- kondensat toplama çəni- sıxlıq- mexaniki- kinetik və potensial enerjiÖzet
Maye və mexaniki bərk hissəciklərin nəql olunan qazdan ayrılması və onların boru kəmərinin relyef girintilərində çökməsi axın qanunauyğunluğunun pozulmasına gətirib çıxarır ki, bu da boru kəmərinin və texnoloji avadanlıqların istismar müddətinin azalmasına səbəb olur. Bundan əlavə, istehsalat müəssisələrinə verilən qazın tərkibində olan kondensat və mexaniki bərk maddələr texnoloji avadanlıqların normal işləməsi zamanı çətinliklər yaradır. Qazın nəqli zamanı kondensatın və bərk mexaniki hissəciklərin ayrılması və yığılması üçün xüsusi çəkisi və mexaniki enerjisi əsasında boru kəmərinin əvvəlində və sonunda axın istiqaməti üzrə kondensat toplama çəninin quraşdırılması və tutumdan əvvəl üçluk, sonra dirsək quraşdırmaqla yığıcı tutuma gedən qaz axınının istiqaməti dəyişdirilir ayrılan mexaniki bərk və kondensat hissəcikləri çəki fərqlərinə görə qaz axınından tutumlara yığılır.
Downloads
Yayınlanmış
How to Cite
Sayı
Bölüm
License

This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.

