Qazıma bucurqadının bir diskli kündəli əyləcinin gərginlik-deformasiya vəziyyəti

Yazarlar

  • Ə.X. Canəhmədov Azərbaycan Milli Aviasiya Akademiyası (Bakı, Azərbaycan)
  • D.A. Volçenko İvano-Frankivsk Milli Texniki Neft və Qaz Universiteti (İvano-Frankivsk, Ukrayna)
  • M.Y. Cavadov Azərbaycan Mühəndislik Akademiyası (Bakı, Azərbaycan)
  • N.N. Fidrovskaya Xarkov Milli Avtomobil və Yol Universiteti (Xarkov, Ukrayna)
  • N.A. Volçenko Kuban Dövlət Texnologiya Universiteti (Krasnodar, Rusiya)
  • A.V. Voznıy Xarkov Milli Avtomobil və Yol Universiteti (Xarkov, Ukrayna)

DOI:

https://doi.org/10.52171/herald.285

Anahtar Kelimeler:

qazıma bucurqadı- diskli-kündəli əyləc- friksion düyün- əyləc diski- nanomaye- gərginlik-deformasiya vəziyyəti

Özet

Məqalədə qazıma bucurqadının bir diskli kündəli əyləcinin məcburi hava-nanomaye ilə soyudulmasının tədqiqinin nəticələri təqdim olunub. Sürtünmə cütlərinin yeyilmə-sürtünmə xassələrinin təkmilləşdirilməsi friksion kündə materialları üçün buraxıla bilən temperaturdan aşağı temperatur diapazonunda istismar nəticəsində əldə edilmiş və nəticədə, qazıma qurğusunun qaldırıcı valının əyləc keyfiyyətlərinə nail olunub. Mayelər üçün su və ya aseton ilə həll olunmuş müxtəlif modifikasiyalı asan əriyən metalların nanotozlarının istifadəsi nanomayenin istilik keçiricilik əmsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verir və bununla da əyləc yarımdisklərinin sürtünmə kəmərlərinin məcburi soyudulmasının səmərəliliyini yaxşılaşdırır (artırır). Diskin parlaq və cilalanmış səthlərinin konveksiya və radiasiya ilə məcburi hava istilik mübadiləsi, həmçinin diskin sürtünmə kəmərlərini qızdırmaq üçün istifadə olunan istilik keçiriciliyi nəzərə alınıb ki, bu da əyləc zamanı onların səthlərindən çıxarılan istiliyin daha kiçik bir hissəsini təyin etməyə imkan verir. İstənilən aqreqasiya vəziyyətində nanomayenin hərəkət sürətləndiriciləri buxarlanma və nəqliyyat-kondensasiya zonaları arasında onların qızdırıldığı zaman diffuzorlar, gecikdiriciləri isə - kondensasiya zonasının nanostrukturu və diskin nəqli sayılır. Diskin sürtünmə kəmərinin dəyişkən qalınlığı və "istilik borusu" effektinə əsaslanan soyutma xüsusiyyətləri ilə sonlu elementlərin modelləşdirilməsi metodu ilə disk divarının gərginlik-deformasiya vəziyyəti qiymətləndirilib.

Downloads

Yayınlanmış

2025-09-11

How to Cite

Canəhmədov, Ə.X., Volçenko, D., Cavadov, M., Fidrovskaya, N., Volçenko, N., & Voznıy, A. (2025). Qazıma bucurqadının bir diskli kündəli əyləcinin gərginlik-deformasiya vəziyyəti. “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri, 17(3), 15–24. https://doi.org/10.52171/herald.285

Similar Articles

1 2 3 4 5 6 7 8 9 10 > >> 

You may also start an advanced similarity search for this article.